İşğaldan azad olunmuş Laçın rayonunda teatr və kino xadimlərinin iştirakı ilə Yay düşərgəsi keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) xüsusi seçimlərdən keçən tələbə və məzunlarının da qatıldığı 20 günlük yay düşərgəsində üç tamaşa hazırlanıb. Məqsəd işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq tamaşalar hazırlamaq, milli mədəniyyətimizi inkişaf etdirməkdir.
Yay düşərgəsi Əməkdar artist Nicat Kazımovun quruluşunda Cəfər Cabbarlının “Sevil”, rejissor Ceyhun Dadaşovun quruluşunda Maksim Qorkinin “Danko haqqında əfsanə”, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin Jan-Pol Sartrın “Son xətt” tamaşalarının premyerası ilə yekunlaşıb.
Sözügedən tamaşalarda ADMİU-nun SABAH qrupları və teatr sənəti fakültəsinin tələbə və məzunları iştirak ediblər.