Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Səma Məmmədova Finlandiyanın ən qədim və böyük akademik təhsil müəssisəsi olan Helsinki Universiteti, eləcə də Danimarkanın ən yaxşı dövlət universitetlərindən sayılan Danimarka Texniki Universitetinə təqaüd qazanıb.

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilən S.Məmmədova Helsinki Universitetinə üstünlük verərək, magistratura səviyyəsində təhsilini “Chemistry and Molecular Sciences” ixtisası üzrə davam etdirəcək.

 

Qeyd edək ki, 2018-2019-cu tədris ilində BMU-nun “Kimya müəllimliyi” ixtisasına 634 balla daxil olan S.Məmmədova bakalavriat səviyyəsindən “İxtisas birincisi” kimi ümumi orta müvəffəqiyyət göstəricisi 97.51 balla məzun olub.