Bakı Dövlət Universitetinin “Gənc istedadlar” liseyinin VII sinif şagirdi Sulduz Hacıyev və VI sinif şagirdi Yunus Mehralıyev IMEC Riyaziyyat Olimpiadasının (IMEC - International Mathematics Olympiad) qlobal turunda işirak ediblər. S.Hacıyev qızıl, Y.Mehralıyev isə gümüş medala layiq görülüb.
İngiltərənin London şəhərində yerləşən Harrov məktəbində keçirilən olimpiada IMEC Komitəsi tərəfindən təşkil edilib. IMEC Olimpiadası bütün şagirdlər üçün əlçatan olan qlobal bir yarışma yaratmağı hədəfləyir. IMEC Riyaziyyat Olimpiadası şagirdlərə İngiltərə universitetlərinə qəbul olmaq şansı verir.