Bakı Dövlət Universitetinin sənaye kimyası elmi-tədqiqat laboratoriyasının əməkdaşı Fəridə Səlimova Almaniyanın Heidelberg Universitetinin Manhaym Tibb Mərkəzinin tədqiqat laboratoriyasında bir ay təcrübə keçib.

 

Təcrübə zamanı o, qrafen oksidin HCT-116 hüceyrə xəttinə təsirini tədqiq edib. Həmçinin işığın HUVEC, HaCaT və NHDF hüceyrə xətlərinə təsirini öyrənib.