Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsində 9 kafedra və 6 tədris laboratoriyası fəaliyyət göstərir.

 

Universitetdən bildirilib ki, laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub. Bakalavriat səviyyəsində tələbələr II kursdan etibarən elmi-tədqiqat işlərinə cəlb olunurlar. 

 

Fakültədə riyazi analiz, cəbr və həndəsə, diferensial və inteqral tənliklər, funksiyalar nəzəriyyəsi və funksional analiz, idarəetmə nəzəriyyəsinin riyazi üsulları, hesablama riyaziyyatı, riyaziyyat və onun tədrisi metodikası, nəzəri mexanika və bütöv mühit mexanikası, ali riyaziyyat kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə həmin kafedralarda elmi-tədqiqat işləri aparılır. 

 

Bakalavriat səviyyəsində “Riyaziyyat”, “Riyaziyyat müəllimliyi” və “Mexanika” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.