İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Vəli İsrafilov qızıl medala  layiq görülüb. Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü olan V.İsrafilov 100 metr məsafəyə brass növündə 1:07.08 saniyə nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, həmçinin Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına da vəsiqə qazanıb.

 

ADNSU-nun IV kurs tələbəsi V.İsrafilov Energetika fakültəsinin “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə təhsilini davam etdirir. O, Uşaq Paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasına orada imza atıb.  V.İsrafilov dünya birincisi olmaqla yanaşı, bir çox beynəlxalq  yarışlarda uğur qazanıb.

 

Sifai SƏFƏROVA