1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında virtual və ənənəvi kitab sərgisi keçirilib.

  

Virtual sərgidə ana dilinin hər bir xalqın varlığını təsdiqləyən başlıca amil, milli sərvət olmasından bəhs edilib. Sərgidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün yaranma tarixindən, ana dilimizin inkişafında Ümummilli  Lider Heydər Əliyevin xidmətlərindən söz açılıb. Ana  dilimizin saflığından, zənginliyindən bəhs edən  çıxışçılar şairlərimizin, yazıçılarımızın, elm xadimlərimizin doğma Azərbaycan dilində yazdıqları əsərlərdən nümunələr söyləyiblər. Vurğulanıb ki, hər xalqın mədəniyyət xəzinəsindəki ən  qiymətli inci doğma ana dilidir.

 

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Müasir Azərbaycan dilinin bəzi aktual problemləri”, “Dildən dilçiliyə”, “Azərbaycan dili və nitq mədəniyyəti”, “Tarixi yaddaş milli dil güzgüsündə” kimi 20-dən çox kitabın biblioqrafik təsviri və son beş ildə kütləvi informasiya vasitələrində çap edilən məqalələrdən nümunələr də  nümayiş olunub.

  

Sifai SƏFƏROVA