"Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə layihənin tətbiq olunduğu ümumi təhsil müəssisələrində keçirilən “Yay məktəbi"nin birinci mərhələsi yekunlaşıb.

 

İyul ayını əhatə edən birinci mərhələdə 5 və 6-cı sinif şagirdləri olmaqla, ümumilikdə 970 nəfər iştirak edib.

 

“Yay məktəbi”nin proqramına əsasən, burada şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, eyni zamanda, müxtəlif idman yarışları, ekskursiyalar, əyləncəli saatlar təşkil edilir ki, bu da məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaq məqsədi daşıyır.  

 

Məktəblinin dostları şagirdlər üçün “Yol hərəkəti qaydaları”, “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım”, "Sosial şəbəkələrdən faydalı istifadə", ”İnternet təhlükəsizliyi, “Düzgün danışıq, nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər  həyata keçirirlər.

 

Qeyd edək ki, "Yay məktəbi" iki aylıq müddəti əhatə edir. İyul ayında 5 və 6-cı sinif şagirdləri, avqust ayında 7 və 8-ci şagirdləri “Yay məktəbi”nə cəlb olunur, iştirak edən şagirdlərə sertifikatlar verilir.

 

Yay məktəbi həftənin 5 günü, saat 9:00-dan 14:00-dək davam edir.