Asiyanın ən böyük riyaziyyat müsabiqələrindən olan AMO və SASMO olimpiadalarının qalibləri bu il Sinqapurda keçirilən "Singapore international math olympiad challenge" (SIMOC) olimpiadasında iştirak ediblər. ABŞ, Kanada, Sinqapur, Çin, Yaponiya, Birləşmiş Krallıq, Türkiyə, Hindistan və s. kimi 30-dan çox ölkədən, ümumilikdə 1633 məktəblinin iştirak etdiyi SIMOC olimpiadasına Azərbaycandan 129 şagird qatılıb. SIMOC olimpiadasında Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin V sinif şagirdi Fateh Kərimli məntiq üzrə qızıl, VIII sinif şagirdi Cabir Abbasov gümüş medala layiq görülüb.
Bu barədə BDU-dan bildirilib.