Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə 2021-ci ildən keçirilən “Şagirdə tələbə dəstəyi” layihəsinə yenidən start verilib.

 

Yay tətilini öz şagird yoldaşlarına dəstək vermək üçün dəyərləndirən ADPU-nun könüllü tələbələrindən ibarət komanda tərəfindən layihə çərçivəsində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə şagirdlər üçün onlayn dərslər təşkil olunur.

 

Qeyd edək ki, artıq üçüncü ildir həyata keçirilən "Şagirdə tələbə dəstəyi" layihəsinin məqsədi ADPU tələbələri tərəfindən müxtəlif rayon və məktəblərdə təhsil alan şagirdlərə dəstək göstərilməsi, müxtəlif səbəblərdən imtahanlara hazırlaşa bilməyən, dərslərində dəstəyə ehtiyacı olan şagirdlərə kömək edilməsidir.