21 iyul 2023-cü il tarixində ADPU-nun Quba filialında AMEA Folklor İnstitutunun, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, ADPU-nun Quba filialının, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu - İKSAD-ın birgə təşkilatçılığı ilə "BEYNƏLXALQ AVRASİYA AVŞARLARI", "BEYNƏLXALQ AVRASİYA ELMİ TƏDQİQAT VƏ İNNOVASİYALAR", "VI BEYNƏLXALQ DƏDƏ QORQUD TÜRK MƏDƏNİYYƏTİ, TARİXİ VƏ ƏDƏBİYYATI" beynəlxalq elmi konfransları baş tutub.
İlk olaraq qonaqlarla birlikdə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edilib.
Sonra dünyanın 4 ölkəsindən, Azərbaycanın 4 bir yanından gəlmiş 90-a yaxın nümayəndənin iştirakı ilə konfransın plenar iclası keçirilib.
Plenar iclasdan sonra konfranslar öz işini nəzərdə tutulmuş 11 paneldə davam etdirib.
Ümumilikdə 11 paneldə 78 məruzə dinlənilib. Sonda beynəlxalq konfransın iştirakçılarına sertifikatlar təqdim edilib.