Bakı Dövlət Universitetində (BDU) Keyfiyyətin təminatı, monitorinq şöbəsinin bazasında Keyfiyyət Təminatı Mərkəzi yaradılıb.  

 

Universitetdən bildirilib ki, bununla əlaqədar BDU-nun Elmi Şurası qərar qəbul edib.  

 

Keyfiyyət Təminatı Mərkəzinin yaradılması üçün Almaniya və Türkiyə universitetlərinin təcrübəsi öyrənilib, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin  tövsiyələri nəzərə alınıb.  

 

Keyfiyyət Təminatı Mərkəzində Monitorinq, təhlil və akkreditasiya, Təlim, metodik dəstək və inkişaf şöbələri fəaliyyət göstərəcək.