Oktyabrın 9-da Abşeron Rayon Təhsil Şöbəsində fizika fənni üzrə elmi-metodiki seminar keçirilib. Seminarda Təhsil İnstitutunun və təhsil şöbəsinin əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin fizika fənni üzrə metodbirləşmə rəhbərləri iştirak ediblər.

 

Təhsil şöbəsinin fizika fənni üzrə metodisti Fəxriyyə Hüseynova çıxış edərək fizika fəninin tədrisi zamanı qarşıya çıxan problemlər, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər, şagirdlərin olimpiadaya hazırlıq səviyyəsi haqqında danışıb.

 

Daha sonra Təhsil İnstitutunun Kurikulum Mərkəzinin əməkdaşı, “Müəllim üçün metodik vəsait”in həmmüəllifi Əlişah Gərayev şagirdlərin fizika fənninə marağının artırılması, praktikyönümlü tapşırıqların tədbiqi, qiymətləndirmə haqqında ətraflı məlumat verib.

 

Seminar  qarşılıqlı müzakirə əsasında davam edib, müəllimləri maraqlandran suallar cavablandırılıb.

 

Rəşad ZİYADOV