Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universitetinin (HUJI) ikili diplom proqramına qəbul başlayıb.  

 

BDU və HUJI arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi 2023-cü il 24 may tarixində imzalanıb. Sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir. BDU və HUJI arasında imzalanmış magistratura səviyyəsində ”Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul müvafiq tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. 

 

İkili diplom proqramına müraciət etmək istəyənlərdən aşağıdakılar tələb olunur: 

 

•           “Biologiya”, “Kimya”, “Kimya mühəndisliyi”, “Fizika” və ya “Ekologiya”  ixtisaslarından biri üzrə  bakalavr dərəcəsinə malik olmaq; 

•           yüksək akademik göstəriciyə malik olmaq (Ümümi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – 80+); 

•           IELTS balı minimum 6 və ya internet əsaslı TOEFL testində minimum 89 bal; 

•           bakalavr dərəcəsinin alındığı ali məktəbin professor-müəllim heyətindən tövsiyə məktubu; 

•           tibbi arayış. 

 

Tədris ilinin I semestrində təhsil BDU-da, II semestrində isə İsraildə HUJI-də həyata keçiriləcəkdir. Tələbələr HUJI-nin “non-thesis” (dissertasiya müdafiəsi olmadan) diplomunu və təhsilinin ikinci ilini BDU-da davam etdirməklə BDU-nun və HUJİ-nin (İsrail) “non-thesis”  magistr diplomunu alacaqlar. 

 

Proqramın birinci ilini fərqlənmə ilə bitirən tələbələr  tədrisin ikinci ilində HUJI-nin “thesis” proqramına qatılma imkanı qazanacaq və BDU-nun və HUJI-nin “thesis” magistr diplomunu alacaqlar. 

 

Proqrama müraciət və əlavə suallar üçün bu e-mail ilə əlaqə saxlaya bilərsiniz: 

Huji@bsu.edu.az