Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup valideyn növbəti dəfə cari tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müşahidə ediblər.

 

MDU-nun mühəndislik fakültəsində struktur bölmə rəhbərlərinin və inzibati heyət üzvlərinin müşayiəti ilə imtahanları izləyən valideynlərə imtahanların gedişi və bu günədək olan nəticələr, imtahanların keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və müraciətlərə çevik baxılması mexanizmləri barədə ətraflı məlumat verilib.

 

Aparılan müşahidələrdən sonra valideynlər imtahanların təşkilindən məmnunluqlarını ifadə edib, övladları üçün yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.