Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunu, hazırda Sinqapur Milli Universitetində “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan Nəriman Şirinli ilə görüşüb.
Rektor qeyd edib ki, “Gənc istedadlar” liseyi məzunlarının demək olar hamısı dünyanın və ölkənin aparıcı universitetlərinə qəbul olurlar. Kimya üzrə yerli və beynəlxalq olimpiadaların qalibi Nəriman Şirinli də “Gənc istedadlar” liseyinin fəxri məzunlarındandır.
E.Babayev N.Şirinlinin təhsili, tələbə həyatı, planları ilə maraqlanıb, ona uğurlar arzulayıb.