Azərbaycan-Fransız Universitetinin (UFAZ) Baş katibi Elizaveta Bydanova, Kimya və kimya mühəndisliyi tədqiqat şöbəsinin müdiri Kristof Serra Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində olublar.
Görüşdə fakültənin dekanı Afət Məmmədova, biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova, sənaye kimyası elmi-tədqiqat laboratoriyasının elmi işçisi Ələkbər Hüseynzadə iştirak ediblər.
Görüş zamanı universitetlər və fakültələrarası elmi əməkdaşlıq müzakirə edilib, beynəlxalq layihələrin hazırlanması planlaşdırılıb.
Qonaqlar fakültənin laboratoriyaları ilə tanış olublar.