Naxçıvan Dövlət Universitetində (NDU) 15 İyun- Milli Qurtuluş Günü qeyd olunub. Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev tədbirdə çıxış edərək tarixə qızıl hərflərlə yazılan əlamətdar günün Ulu Öndər Heydər Əliyevin adı bağlı olduğunu diqqətə çatdırıb.

 

Bildirib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə sosial-iqtisadi və siyasi inkişaf başladı, dövlətimiz öz müstəqilliyini möhkəmlətdi, sivil dünyaya sıx inteqrasiya oldu. Prorektor Qarabağın taleyini həll edən 44 günlük Vətən müharibəsində mühüm rol oynayan diplomatik strategiyanın təməlinin də  məhz Heydər Əliyevin hakimiyyəti illərində qoyulduğunu qeyd edib:” Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkədə müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Bütün bunların fonunda muxtar respublikanın inkişafı istiqamətində əhəmiyyətli addımlar atıldı”.

 

Sonra universitetin Azərbaycan tarixi kafedrasının müəllimi Nuray Hacıyeva “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda çıxış edib.

 

Tədbirin bədii hissəsində "Buta" instrumental ansamblının konsert proqramı nümayiş olunub.