Mingəçevir Dövlət Universitetinin (MDU) fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Ərzaq təhlükəsizliyinin təmin edilməsinin prioritet istiqamətləri” mövzusunda dəyirmi masa keçirilib. Universitetin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə MDU-nun mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Tədbirdə fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova giriş sözü ilə çıxış edərək mövzunun aktuallığından bəhs edib və dəyirmi masanın əhəmiyyətini vurğulayıb.
Sonra dəyirmi masanın mövzusuna uyğun olaraq məruzələr dinlənilib. Kafedranın müəllimi Leyla Əhmədova "Ekoloji təmiz qida maddələri", tələbələrdən Səbinə Camalova ”Ərzaq təhlükəsizliyi müasir dövrün aktual məsələsidir”, Fidan Dadaşova ”Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı˝ və Leyla Şükürova “Ərzaq təminatı strategiyasında qida təhlükəsizliyi” mövzusunda çıxış ediblər.
Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.