Azərbaycan Memarlıq və İnşaat  Universitetində (AzMİU) 2022/2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası  çərçivəsində  valideynlər üçün “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə mexanika və informasiya texnologiyaları və su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrində təhsil alan tələbələrin valideynləri iştirak ediblər.

 

Əvvəlcə AzMİU-nun rəhbərliyi, İmtahan Qərargahının nümayəndələri və ictimai, eləcə də tələbə təşkilatlarının rəhbərləri ilə valideynlərin görüşü keçirilib. Görüşdə tədris işləri üzrə prorektor Akif Qasımov,  sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev çıxış edərək imtahanların gedişində şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində görülən işlərdən danışıblar. Həmçinin imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları və müraciətlərə baxılma mexanizmləri haqqında ətraflı məlumat verilib.

 

Sonra imtahan prosesi izlənilib. Xüsusi  ayrılmış zallarda test və yazılı imtahanların gedişini izləyən valideynlər, eyni zamanda yazılı imtahanların şifrələnmə otağında olub, prosesə şahidlik ediblər.

 

Qeyd edək ki, valideynlər üçün növbəti “Açıq qapı” günü 19 və 24 iyun tarixlərində, saat 09:30-13:00 aralığında təşkil olunacaq.