Lənkəran Dövlət Universitetində (LDU) yaradılan İctimai Şuranın üzvləri universitetdə 2022/2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının gedişini izləyiblər.
İctimai Şuranın sədri Güloğlan Bağırov, şura üzvü Tofiq Heydərov universitetin I və II saylı tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi ilə əyani tanış olublar.
Şura üzvləri imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını bildirərək universitet rəhbərliyinə minnətdarlıq ediblər.