Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqrar sahənin iqtisadiyyatı kafedrasının əməkdaşları – kafedra müdiri Raminə Mustafayeva, baş müəllim Fariz Süleymanov və assistent Rahil Muradov Erasmus+ proqramı çərçivəsində Sloveniyanın Nova Gorica Universitetində səfərdə olub.


Səfər çərcivəsində işgüzar görüşlər keçirilib, yerli fermer təsərrüfatları ilə tanışlıq olub və kafedra əməkdaşları tərəfindən ADAU haqqında təqdimatlar edilib.