Bakı Mühəndislik Universitetinin (BMU) bir qrup tələbəsi “SOCAR Polymer” şirkətində sahə gəzintisində olublar.

 

BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkil etdiyi gəzintidə universitetin "Society of Chemical Engineers" klubunun üzvləri iştirak ediblər.

 

Ekskursiyadan əvvəl şirkətin zavodları və onların istehsal prosesləri haqda məlumatlandırılan tələbələrə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə təlim keçirilib, təhlükəsizlik və istehsalatda düzgün davranış qaydaları izah olunub.

 

Şirkətin analiz laboratoriyası ilə tanış olan tələbələr istehsal mərhələlərini, o cümlədən xammal, aralıq məhsulu və son məhsulun keyfiyyət analizlərini, həmçinin hazır məhsulun avtomatlaşdırılmış paketlənmə prosesini, polipropilenin və yüksək sıxlıqlı polietilenin istehsal prosesini izləyiblər.