Lənkəran Dövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin yay imtаhаn sеssiyаsına start verilib.

 

Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimov imtahanların gedişini əyani izləmək məqsədilə imtahan gedən korpuslara baş çəkib, tələbələr üçün yaradılan şəraitlə əyani tanış olub.

 

Qeyd edək ki, bu il ilk dəfə olaraq tələbələrin arzu və istəkləri nəzərə alınmaqla, yaz imtahan sessiyasında bütün fakültələr üzrə imtahanlar iki növbədə keçirilir. 1-ci növbədə imtahanlar saat 09:00-dan 11.30-dək, 2-ci növbədə isə saat 14:00-dan 16:30-dək təşkil olunacaq. Yaz semestrinin imtahan sessiyasında, həmçinin ilk dəfə olaraq imtahanların vaxtının təyin olunmasında tələbələrə seçim hüququ verilib və onlar onlayn qaydada bu seçimdən isifadə edərək imtahana düşən fənlərin gününü və saatını özləri müəyyənləşdiriblər. Bu yenilik tələbələrə imtahan biletlərini kompüter vasitəsilə birbaşa elektron bazadan götürmək, eləcə də  də imtahanları  operativ verib,  sessiyanı daha tez yekunlaşdırmaq şansı qazandırır.

 

İmtаhаn sеssiyаsında tələbələrin biliyinin qiymətləndirilməsində şəffаflığı və оbyеktivliyi təmin еtmək, yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədi ilə Оpеrаtiv Qərаrgаh  və Apelyasiya komissiyası yaradılıb və imtahan gedən korpuslarda bu məqsədlə ayrıca otaqlar ayrılıb.

 

Qeyd edək ki, imtahan nəticələri operativ olaraq universitetin rəsmi saytında (www.lsu.edu.az)  yerləşdiriləcək. Tələbələrin nəzərinə çatdırılıb ki, universitetin Elmi kitabxanası tələbələri lazımi ədəbiyyatla təmin etmək məqsədilə sessiya müddətində hər iş günü saat 08.30-dan 17.30-dək fəaliyyət göstərəcək.