Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib.

 

Konfransı giriş sözü ilə açan institutun rektoru Azad Novruzov tələbələrin bilik və bacarıqlarının formalaşmasında pedaqoji təcrübənin əhəmiyyətindən danışıb. Rektor vurğulayıb ki, pedaqoji təcrübə kadr hazırlığında mühüm və məsuliyyətli mərhələ, peşəhazırlığı  istiqamətində  vacib addımdır. Qeyd edilib ki, təcrübə müddətində qarşıya qoyulmuş tədris məqsədinə nail olunub.

 

İnstitutun Pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva pedaqoji təcrübənin səmərəliliyi haqqında görülən məqsədyönlü tədbirlər, keçirilmiş açıq dərslər və onların müzakirəsi haqqında danışıb.

 

Sonra institutun Tədris şöbəsinin müdiri Əhruz Mahmudova, pedaqoji fakültənin dekanı dosent Samirə Həsənova, təbiət və incəsənət fakültəsinin dekanı dosent Rövşən Vəliyevin çıxışları dinlənilib.

 

Konfransda iştirak edən məktəb direktorları və bağça müdirələri təcrübədə olan tələbələrin fəaliyyəti haqqında məlumat veriblər.

 

Sonda tələbələrin fikirləri öyrənilib, onların təkliflərinin müzakirə olunması haqqında qərar qəbul edilib və bir qrup tələbəyə göstərdiyi fəallığa görə “Təşəkkürnamə” verilib.