“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanda səfərdə olan  “Boston Consulting Group”  (BCG) şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri Bakı Ali Neft Məktəbində (BANM) “BCG-nin enerji keçidi" mövzusunda master-klas keçib. 

 

Ali Məktəbin professor-müəllim, administrativ heyəti və tələbələrin qatıldığı görüşdə rektor Elmar Qasımov qlobal konsaltinq şirkətinin nümayəndələrini təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Rektor enerji keçidi mövzusunun əhəmiyyətindən bəhs edərək bu master-klasdan faydalı məlumatlar əldə olunacağına  əminliyini bildirib.

 

Pattabi Seşadri çıxışında təmsil etdiyi şirkətin qlobal və yerli səviyyədə enerji keçidinə yanaşması, BCG-nin məqsədi və müsbət iqtisadi, ətraf mühit və sosial təsirindən danışıb. O, enerji keçidi siyasəti, “yaşıl enerji”dən istifadə, dekarbonizasiya üçün vacib addımlar, bu sahənin inkişafı üçün nəzərdə tutulan işlər, Azərbaycanın mövcud infrastrukturu, potensialı barədə məlumat verib, proqnozlardan bəhs edib, sualları cavablandırıb.


Sonda  rektor E.Qasımov tərəfindən Pattabi Seşadriyə “Fəxri qonaq” plaketi təqdim olunub.