MDU kollektivi qanvermə aksiyasında iştirak edib


Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantları Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının dəstəyi ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyasında iştirak ediblər.

 

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında keçirilən aksiyada MDU-dan ümumilikdə 40-a yaxın şəxs təmsil olunub. Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib.

 

Qeyd edək ki, sözügedən aksiya qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə təşkil olunub.