Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbi ziyarət edib. 

 

Təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olan nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib. 

 

Bildirilib ki, Natiq Behdiyev adına İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəb 720 şagird yerlikdir. 2021-ci ildə istifadəyə verilən yeni məktəb binası üçmərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Tədris ocağında 752 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə isə 54 müəllim məşğul olur. 

 

Emin Əmrullayev daha sonra məktəbin olimpiada və buraxılış imtahanlarında uğur qazanmış şagirdləri, eləcə də ulu öndərin 100 illik yubileyinə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi ilə görüşüb.

 

Məktəbdə fəaliyyət göstərən STEAM Mərkəzində yaradılmış şəraitlə də tanış olan Emin Əmrullayev pedaqoji kollektivə və şagirdlərə uğurlar arzulayıb.