Mayın 18-də Gürcüstana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetinin rektoru Hafiz Paşayevlə birlikdə Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkib.

 

Ziyarət zamanı M.F.Axundzadənin həyat və yaradıcılığı, muzeyin fəaliyyəti, burada saxlanılan eksponatlar barədə məlumatlarla tanışlıq olub. 

 

Elm və təhsil naziri səfər zamanı Qazax Müəllimlər Seminariyasına yeni qəbul olunan tələbələrlə də görüşüb.