“Heydər Əliyev İli”nə həsr edilən “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub.
Belə ki, müsabiqədə “Rəsm” nominasiyası üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərindən 236 nömrəli tam orta məktəbin I sinif şagirdi Uğur Əhədzadə, 52 nömrəli tam orta məktəbin X sinif şagirdi Zəhra Ağayeva, 53 nömrəli tam orta məktəbin VII sinif şagirdi Aytac Qasımzadə, 297 nömrəli tam orta məktəbin VII sinif şagirdi Duyğu Cəfərova I, 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Aysu İsmayılova, 86 nömrəli tam orta məktəbin VI sinif şagirdi Günay Ziyadxanlı II, 272 nömrəli tam orta məktəbin VII sinif şagirdi Xədicə Əhmədova, Texniki-Humanitar Liseyin IX sinif şagirdi Nəzrin Bədəlli, 270 nömrəli tam orta məktəbin X sinif şagirdi Nəzrin Şıxbalayeva, 172 nömrəli tam orta məktəbin V sinif şagirdi Əsma Şıxbalayeva, 160 nömrəli Klassik Gimnaziyanın V sinif şagirdi Safiyə Əliyeva III yerə layiq görülüblər.
“Əl işi” nominasiyası üzrə Bakı şəhəri 20 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əmrah Sara, V sinif şagirdi Əli Musa, 80 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Aylin Əliyeva I, 239 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Məhəmməd Cəfərov, 59 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Ramaldan Ramaldanov, IV sinif şagirdi Süleyman Ramaldanov III yeri tutublar.
“Yanğın və qəza-xilasetmə texnikasının modeli” nominasiyası üzrə paytaxtdakı 320 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əlixan Şıxəliyev I yerin qalibi olub.
Qaliblərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, onun müdrik ideyalarının uşaq və yeniyetmələr arasında təbliğ edilməsi, həmçinin onlara təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, uşaqların vətənpərvərlik ruhunda böyüməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsindən ibarətdir.