Abşeron rayonunun Masazır qəsəbəsindəki 4 nömrəli orta məktəbdə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin və Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin təşkilatçılığı ilə “Diqqət uşaqlar” təhlükəsizlik aylığına həsr edilmiş maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Çıxış edən qonaqlar təhsil ocaqlarında belə görüşlərin mütəmadı olaraq keçirilməsini tövsiyə ediblər. Şagirdlərə yol hərəkət qaydaları ətraflı izah olunub və yol mədəniyyətinin yüksəldilməsi barədə maarifləndirici söhbətlər aparılıb. Həmçinin yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının ağır nəticələrindən bəhs olunub və  videoçarxlar nümayiş olunub.

 

Sonda şagirdlərə “Yol hərəkəti əlifbası” kitabı hədiyyə  olunub.

               

Sifai SƏFƏROVA