Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “ Xalqa həsr olunmuş ömür” adlı tədbir keçirilib.

 

Yubiley tədbirini giriş sözü ilə açan kollecin direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı Ulu Öndərin nəsillərə örnək olan həyat yolundan, Azərbaycan dövlətinin möhkəmlənməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyətindən danışıb.

 

Tədbirdə  filologiya üzrə fəlsəfə doktoru  Şakir Cəfərov və Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev  dünya şöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər.

 

Sonra Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin bərpası və qorunub saxlanılması yolunda atdığı addımlardan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun Vətən müharibəsindəki qələbəsindən bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirin bədii hissəsində tələbələrin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ədəbi- bədii kompozisiya  təqdim edilib.