Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident sərəncamı çərçivəsində silsilə tədbirləri davam etdirir. Mərkəz ilin sonuna qədər “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsinin icra olunduğu ali təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbirlər, konfranslar, seminarlar, dəyirmi masalar və mühazirələr təşkil etməyi nəzərdə tutub.
Silsilə tədbirlər çərçivəsində Rumıniyanın Aleksandr İohan Kuzi Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mühazirə keçirilib. Universitetin professoru Lyudmila Bejenaru mühazirəsində filologiya (rus) fakültəsinin tələbələrinə Azərbaycanın zəngin tarixindən danışıb.
Mühazirənin böyük hissəsi görkəmli siyasi xadim Heydər Əliyevin tarixi missiyasına, müstəqil, suveren, müasir demokratik Azərbaycan Respublikasının qurulmasındakı roluna həsr olunub.
Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildirilib.