Bu gün Osloda Nobel Mükafatları Komitəsi  tərəfindən  2018-ci il üzrə Nobel Sülh mükafatı laureatlarının adları açıqlanıb.  Sülh  mükafatına bu il  insan haqları üzrə fəallar, ixtisasca həkim olan  Denis Mukveqe (Konqo Respublikası) və 2016-cı ildə 23 yaşında  BMT-nin sülhməramlı elçisi seçilmiş Nadiya Murad  layiq görülüblər.  Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen  təqdimat zamanı qeyd edib ki, Denis Mukveqe və Nadiya Murad cinsi zorakılığın döyüş silahı kimi qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə bu mükafatı alıblar.

 

Oruc MUSTAFAYEV