Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May - Faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və tərəqqi arzulayıram”.