Türkiyənin İzmir şəhərində Azərbaycanın Türkiyədəki səfirliyi, Doqquz Eylül Universiteti və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Türkiyə Cümhuriyyətinin yaradılmasının və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi”  adlı konfrans keçirilib.

 

Tədbir ADU-nun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirdiyi beynəlxalq tədbirlər çərçivəsində təşkil edilib.

 

Konfransda Dokuz Eylül Universitetinin rektor yardımçısı Prof. Dr. Esra Bukova Güzel,  Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərova, millət vəkili Rəşad Mahmudov, Azərbaycanın  Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Arif Zeynalov, Dokuz Eylül Universitetinin müəllimləri Nərmine Zeynalova Özlük, Fevzi Çakmak və Azərbaycan Dillər Universitetinin müəllimi Coşqun Dadaşov çıxış ediblər.

 

Konfrans bədii hissə ilə başa çatıb.