Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində Bilgəh qəsəbəsindəki müharibə və əmək veteranları üçün pansionatda yaşayan təqaüdçü müəllimlərlə görüşüblər.

 

Pansionatın müdiri Qətibə Əsədova, Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçilər Ramilə Qurbanlı, Elvin Hətəmov və məsləhətçi Xumar Fərzəliyevanın iştirak  etydiyi  görüşdə sektor müdiri X.Hüseynova bu əlamətdar gün münasibətilə Bilik Fondu adından müəllimləri təbrik edib, onlara sağlamlıq və xoş ovqat arzulayıb. Sektor müdiri müəllim peşəsinin müqəddəsliyindən, bu şərəfli adın daşıyıcılarının gənc nəslin tərbiyəsində əvəzsiz rolundan  bəhs edib. Bildirib ki, Bilik Fondu onları maraqlandıran mövzularda maarifləndirici tədbirlərin, görüşlərin təşkilinə hər zaman hazırdır.

 

Təqaüdçü müəllimlər Bilik Fondunun rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Fondun əməkdaşları ahıl müəllimlərə hədiyyələr  və kitablar təqdim ediblər.

 

Sifai SƏFƏROVA