Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər davam edir. Növbəti belə tədbir LDU-nun Elmi kitabxanasında keçirilən intellektual yarışma olub. LDU Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən yarışmaya ümumilikdə 29 komanda qatılıb.
Komandalar intellektual bacarıqlarını 2 turda nümayiş etdiriblər. Daha yaxşı oyun nümayiş etdirən “001” komandası I, “Edelveys” II, “Xəmsə” komandası III yeri tutub.
Yarışmanın sonunda LDU Həmkarlar İttifaqının sədri Vaqif Quliyev çıxış edərək bilik yarışmasında uğur qazanan komandaları təbrik edib, tələbələrə növbəti intellektual yarışmalarda uğurlar arzulayıb.
I yeri tutan komanda kubok, diplom və medalla təltif olunub. II və III yerləri tutan komandalara diplom və medallar təqdim edilib.