Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqronomluq fakültəsinin ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosentləri- Elxan Allahverdiyev və Fariz Ələkbərov Avstriyanın Vyana şəhərində yerləşən BOKU Universitetində Erasmus+ təcrübə mübadiləsi proqramında iştirak ediblər.
Proqramın məqsədinə uyğun olaraq əməkdaşlar əkinçilik və konservasiyalı torpaq becərmə sistemi üzrə BOKU Universitetində aparılan elmi-tədqiqat işləri ilə tanış olub, müştərək tədqiqatların aparılması üçün çoxsaylı ekspert qrupları ilə görüşlər keçirib, o cümlədən universitetin Pyhra şəhərində yerləşən təcrübə sahələrinə səfər ediblər.
Səfər çərçivəsində ADAU əməkdaşları BOKU Universitetinin aidiyyatı tədqiqat istiqamətləri üzrə magistr və doktorantları üçün öz elmi işləri, ADAU və ölkəmizin kənd təsərrüfatı haqqında təqdimatlar da ediblər.