Lənkəran Dövlət Universitetində (LDU) Dövlət Turizm Agentliyi və Lənkəran Turizm İnformasiya Mərkəzi əməkdaşlarının birgə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Turizm könüllüləri təşkilatının rəhbəri Rəminə Salayeva təşkilata üzv olmağın üstünlüklərindən, regional layihələrdən , gələcəkdə tələbələrin bu sahədə karyera qurmaları, əsl mütəxəssis kimi yetişmələrində və əmək bazarında uğur əldə etmələrində təşkilatın rolundan danışıb.
Tədbirdə “Turizm və otelçilik”, “Turizm işinin təşkili” ixtisasları üzrə bakalavr və magistrlər, regional layihələrin idarə edilməsi üzrə mütəxəssislər, fakültə rəhbərliyi iştirak edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.