İmişli şəhər 2 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil məktəbliləri arasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

 

İmişli Rayon Təhsil Sektorundan daxil olan məlumata görə, öncə torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Hərbi idman oyununda rayonun ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri birincilik uğrunda mübarizə aparıblar. Hakimlərin yekun qərarına əsasən, I yeri Rəsullu kənd tam orta məktəbin komandası tutub.

 

Yarışın qalibi olan Rəsullu kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunlarının zona birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.

 

“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasıdır.

 

Şakir CƏFƏROV