Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tələbə-gənclərlə görüşüb.

 

Nazir əvvəlcə filialın idman meydançasında tələbələrin futbol yarışını izləyib, sonra universitetin auditoriyasında ingilis dili dərsində iştirak edib, tələbələrlə söhbətləşib.

 

Ali təhsil ocağının akt zalında keçirilən görüşdə gəncləri dinləyən nazir onların fəaliyyətləri, uğurları, təklif və arzuları ilə maraqlanıb, suallarını cavablandırıb, müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

 

Sonda çıxış edən filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev dəvəti qəbul edib tələbələrlə görüşə gəldiyi üçün kollektiv adından nazir Fərid Qayıbova minnətdarlığını bildirib.