Aprel ayının 20-də 2023-cü ilin ilk Günəş tutulması hadisəsi olacaq. 

 

Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq, halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.

 

Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayacaq və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.

 

Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə ediləcək. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.