Beynəlxalq Aviasiya və Kosmonavtika Günü ilə bağlı Tusi-Bohm Planetariumda Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupu tələbələri ilə görüş keçirilib.

 

Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynur Abdulkərimova tələbələrə kosmik eranın tarixi, kosmik uçuşların inkişaf mərhələləri haqqında məlumat verib, bu sahənin insanlar üçün əhəmiyyətindən bəhs edib.

 

74-cü Beynəlxalq Astronavtika Konqresinin bu il Bakıda keçiriləcəyi xüsusilə qeyd olunub və ölkəmizin beynəlxalq astronavtika ailəsində artan nüfuzuna diqqət çəkilib.

 

Görüşdə tələbələrin sualları cavablandırılıb və bu sahədə karyera imkanları da müzakirə olunub.

 

Sonda astronavtika tarixindən və kosmik tədqiqatlardan bəhs edən film izlənilib.