34-cü beynəlxalq Qran-Pri turnirində  iştirak edən bədii gimnastlarımız artıq vətənə dönüblər. Fransanın Tiye şəhərində  keçirilən turnirdə uğurla çıxış edən millimizin  Heydər Əliyev Beynəlxalq Aeroportunda  təntənəli  qarşılanma mərasimi təşkil olunub.

      

Qarşılanma mərasiminə Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri ilə bərabər idmançılarımızın  azarkeşləri, doğmaları və yaxınları da qatılıblar.

       

Sevindirici haldır ki, milli komandanın fəal üzvlərindən olan Zöhrə Ağamirova fərdi proqram təqdimatında 1 qızıl, 3 gümüş medal qazanıb. Güllü Ağalarzadənin, Ləman Əlimuradovanın, Kamilla Əliyevanın, Zeynəb Hümmətovanın, Yelizaveta Luzanın  və Darya Sorokinanın birgə təqdim etdikləri qrup hərəkətlərinə görə komandaya 3 lent və 2 topla gümüş, həmçinin  5 halqa ilə hərəkətə görə bürünc mükafat təqdim olunub.

 

Sifai SƏFƏROVA