Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib.

 

RTİ-dən daxil olan məlumata  görə, görüşdə  regional təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin struktur bölmə rəhbərləri, sektorun müvafiq əməkdaşları və gənc müəllimlər iştirak ediblər.

 

Elçin Kərimov çıxışında ilk olaraq idarənin tabeliyində olan təhsil müəssisələri haqqında ümumi məlumat verib, təhsilin inkişafı naminə həyata keçirilən dövlət islahatlarından danışıb. İdarə müdiri yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan ümumi təhsil müəssisələrinə direktor, direktor müavinləri və təşkilatçı vəzifələrinə işə qəbulun mərkəzləşdirilmiş qaydada aparılması və bununla bağlı görülmüş işlər barədə danışıb, həmçinin cari ildə həyata keçirilmiş bir sıra vacib məsələləri vurğulayıb.

 

E.Kərimov martın 15-dən  regional təhsil İdarəsi tərəfindən elan edilmiş “Peşəkar İdarəçi” (Pİ) müsabiqəsi barədə də danışıb. Bildirib ki, müsabiqənin məqsədi istedadlı kardların seçilməsi və kadr ehtiyatının yaradılması, eyni zamanda karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək verməkdən ibarətdir.

 

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.