Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmrani beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyədə səfərdə olub.

 

Türkiyənin ən nüfuzlu təhsil ocaqlarından biri olan Qazi Universitetinin Təhsil fakültəsinin dekanı professor Mahmut Selvi və Coğrafiya Təhsili Departamentinin professoru Salih Şahin ilə görüşən icraçı direktor  bu iki müəssisə arasında elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi sahəsində həmkarları ilə fikir mübadiləsi aparıb və “Türk dünyasının coğrafiyası” kitabını fakültə rəhbərinə hədiyyə edib.

 

Professor  Salih Şahin öz növbəsində Coğrafiya İnstitutunun kitabxanasına bağışladığı “Coğrafi təhsilin təməl oxları”, “Əhali həqiqətləri”, “Türkiyənin əhali və iqtisadi coğrafiyası” kitablarını Z.İmraniyə təqdim edib.

 

Görüşdə Coğrafiya İnstitutu ilə Qazi Universitetinin Təhsil fakültəsi arasında memorandum imzalanması üçün şərtlər müzakirə edilib.