Mingəçevir Dövlət Universitetində (MDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmmuş “Mart Soyqırımı: Azərbaycan tarixinin heç vaxt unudulmayacaq faciəli səhifəsi” mövzusunda elmi konfrans keçirilib.

 

Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov tariximizin qan yaddaşına çevrilən mart soyqırımından 105 il ötdüyünü bildirib, soyqırımı qurbanlarına və Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Mənfur düşmən tərəfindən dinc soydaşlarımıza qarşı xüsusi amansızlıqla törədilmiş vəhşiliklərin, terror və soyqırımı aktlarının faciəvi nəticələrindən danışan rektor bu qanlı hadisənin heç zaman unudulmayacağını qeyd edib. Mart soyqırımına ilk siyasi və hüquqi qiymətin verilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Ş.Bayramov tarixi həqiqətlərin gənc nəslə və dünya ictimaiyyətinə çatdırılmasının önəmindən söhbət açıb. Qeyd edib ki, son dövrdə MDU-da tarixi günlərə həsr olunan müxtəlif formatlı tədbirlərin davamlı şəkildə keçirilməsi məhz bu məqsədə hədəflənib.

 

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra konfrans iştirakçılarının məruzələri dinlənilib.