“Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi”

 

Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə həsr olunan “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi” mövzusunda II elmi-praktik konfrans keçirilib.

 

Konfransda şəhər partiya təşkilatının nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.  

 

Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov və YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış ediblər. Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində birgə silsilə tədbirlərdən sayca ikincisi olan bu konfrans Ulu Öndərin memarı olduğu müasir və müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi naminə həyata keçirdiyi titanik və misilsiz fəaliyyətlərin bir sıra aspektlərinin elmi-praktik əsaslarının öyrənilməsi, təbliği məqsədini daşıyır. Eyni zamanda, əbədiyaşar liderin zəngin irsinin gənc nəslə ötürülməsi baxımından bu cür tədbirlərin davamlı təşkilinin önəmi diqqətə çatdırılıb və konfransın işinə uğurlar arzulanıb. 

 

Açılış nitqlərindən sonra “Dahi şəxsiyyət, uzaqgörən lider: Heydər Əliyev” adlı videoçarx nümayiş etdirilib.

 

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.