MDU-da elmi-praktik seminar keçirilib


Mingəçevir Dövlət Universitetində (MDU) “Məişət zorakılığı və ona qarşı mübarizə” mövzusunda elmi-praktik seminar keçirilib.

 

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının nümayəndələri, universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

 

Seminara MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev moderatorluq edib. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov “Məişət zorakılığının qarşısının alınması”, MDU-nun müəllimi Nərgiz Niftəliyeva “Məişət zorakılığı ilə mübarizənin psixoloji aspektləri” və hüquqşünas Elvin Abbasov “Məişət zorakılığının subyekti” mövzularında məruzələrlə çıxış ediblər.

 

Məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.